ABŞ hərbçilərinin Polşadakı iştirakını gücləndirən Genişləndirilmiş Müdafə Əməkdaşlığı Sazişi imzalanıb.

Bu barədə “Twitter”də ABŞ-ın Polşadakı səfiri Corcetta Mosbaxer məlumat verib.

Qeyd olunub ki, bu saziş bu gün paytaxt Varşavada Polşa prezidenti Anjey Duda, ABŞ-ın dövlət katibi Mayk Pompeo və Polşanın müdafiə naziri Mariuş Blaşakın iştirakı ilə imzalanıb.

Səfir bildirib ki, saziş ABŞ-ın Polşadakı hərbi iştirakının gücləndirilməsinə və uzadılmasına xidmət edəcək.

İstinadlar Report