İsraildə rəsmi səfərdə olan Amerika prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan yəhudi dövlətinin hakimiyyət orqanları ilə Qəzza zolağının cənubundakı Rəfah şəhərində əməliyyat keçirmək üçün alternativ variantları müzakirə edib.

Bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Məsləhətləşmələrdən sonra verilən açıqlamada qeyd olunub ki, İsrail rəsmiləri Amerika tərəfinin ifadə etdiyi narahatlıqları nəzərə alaraq, Rəfahda Fələstinin radikal HƏMAS hərəkatını məğlub etmək üçün yeni alternativ yanaşmalar barədə C. Sallivana bildiriblər.

İstinadlar Report