ABŞ Prezidenti Cozef Bayden və İspaniyanın Baş naziri Pedro Sançes qanunsuz miqrasiya problemi ilə bağlı əməkdaşlıq etmək barədə razılığa gəliblər.

Bu barədə “Europa Press” agentliyi məlumat yayıb.

Bayden və Sançes NATO sammitindən əvvəl Madriddə görüşüblər. Həmçinin görüşdən sonra iki ölkə birgə bəyannamə imzalanıb.

Sənəddə deyilir ki, İspaniya və ABŞ Şimali Afrika regionunda qanunsuz miqrasiya çağırışlarına cavab olaraq davamlı əməkdaşlığın vacibliyini qəbul edir.

İstinadlar Report