
ABŞ və Filippin Cənubi Çin dənizində gərginliyin artması fonunda illik “Balikatan 2024” hərbi təlimlərinə başlayıb.
Bu barədə “ABS-CBN News” məlumat yayıb.
“Balikatan 2024″ün sözçüsü Maykl Loqiko təlimlərlə bağlı deyib: “Silahlı Qüvvələrin məqsədi həqiqətən müharibəyə hazırlaşmaqdır. Gəlin bunu bəzəməyək. Öyrənməsək və hazırlaşmasaq, ölkəyə xələl gələcək”.
Təlim ilk dəfə Filippin ərazi sularından kənarda, sahil zolağından təxminən 22 km aralıda keçiriləcək. ABŞ-ın Filippində yerləşdirdiyi “SM-6” zenit-raket raketləri isə təlimdə istifadə edilməyəcək.
Təlim Filippinin şimalında, Tayvana 300 km-dən az məsafədə yerləşən Kaqayan və Batanes əyalətlərində keçiriləcək.
“Balikatan 2024” iştirakçıları həmçinin informasiya müharibəsi taktikası, dəniz təhlükəsizliyi və inteqrasiya olunmuş hava və raketdən müdafiə üzrə təcrübə keçəcəklər.