ABŞ və Böyük Britaniya hərbçiləri Yəməndə husilərin “Ənsar Allah” hərəkatının nəzarətində olan Səna və Hudeydə şəhərlərinə bir sıra hava zərbələri endirib.
Bu barədə yerli hakimiyyət orqanlarındakı mənbələr məlumat verib.
Məlumata görə, koalisiya qüvvələri Sənada bir neçə hədəfə hücum edib və Qırmızı dənizin sahilində yerləşən Hudeydə şəhərinin qərb hissəsindəki Əl-Kutib bölgəsinə azı dörd zərbə endirib.
Hücumun nəticələri, o cümlədən mümkün itkilər və xəsarət alanlar barədə məlumat verilmir.