ABŞ və Böyük Britaniya Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr Yəmənin Hodeyda əyalətindəki Kemran adasında yerləşən hədəflərə hücum həyata keçirib.
Bu barədə Yəmənin “Masirah” telekanalı məlumat yayıb.
“Düşmən Amerika və Britaniya təyyarələri Kemran adasına hücum edib, aviazərbələr endiriblər”, – telekanal xəbər verir.
Səudiyyə Ərəbistanı Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz uçuş aparatı isə sərhəddəki Səada əyalətinin Gur rayonundakı obyekti vurub.