ABŞ Müdafiə Nazirliyi 2024-cü ildə Avstraliya hərbçiləri ilə birlikdə Avstraliyada hipersəs silahları sahəsində sınaqlar keçirməyi planlaşdırır.

Bu barədə “Defence news”a Pentaqonun rəhbərinin tədqiqat və inkişaf üzrə müavini Haydi Şu bildirib.

“Biz artıq bu istiqamətdə avstraliyalılarla sıx əməkdaşlıq edirik”, – o bildirib.

Onun sözlərinə görə, 2023-cü ildə ABŞ və Avstraliya hipersəs silahları sahəsində əməkdaşlığı artırıb və birgə sınaqlar bu istiqamətdə növbəti addım olacaq.

Hipersəs silahları, avtonom silah sistemləri və kvant hesablamaları kimi inkişaf etməkdə olan texnologiyalar ABŞ-Avstraliya-Böyük Britaniya təhlükəsizlik tərəfdaşlığının – AUKUS-un ikinci mərhələsinin əsasını təşkil edir.

İstinadlar Report