ABŞ-ın yeni seçilmiş prezidenti Co Baydenin Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen və Avropa İttifaqı Şurasının (European Council) sədri Şarl Mişellə telefon danışığı baş tutub.

Telefon danışığı zamanı tərəflər Avropa İttifaqı ilə ABŞ arasındakı münasibətləri müzakirə ediblər. Eyni zamanda Bayden Brüsselə səfərə dəvət edilib.

“Gəlin güclü Aİ-ABŞ ittifaqını bərpa edək. Yeni seçilmiş prezident Baydenlə danışdım və onu gələn il 27 Avropa ölkəsinin Brüsseldə keçiriləcək xüsusi iclasına dəvət etdim. İndi COVID-19 və iqlim dəyişikliyi ilə mübarizədə güclərimizi birləşdirməyin vaxtıdır”, Şarl Mişel tvitter səhifəsində yazıb.

İstinadlar Report