
ABŞ maliyyə nazirinin müavini Uolli Adeyemo mayın 30-31-də Berlinə səfər edəcək.
Bu barədə ABŞ Maliyyə Nazirliyinin bəyanatında deyilir.
Qeyd olunub ki, o, Almaniya hakimiyyəti ilə Kiyevə yardım, Rusiyaya qarşı sanksiyalar və dondurulmuş Rusiya aktivlərinin Ukraynanın maraqları üçün istifadəsini müzakirə edəcək.
Adeyemo Almaniyanın vitse-kansleri, İqtisadiyyat və İqlim Mühafizəsi naziri Robert Habek, ölkənin xarici siyasət departamentinin nümayəndələri, eləcə də aparıcı sahibkarlarla görüşəcək.