Avropa İttifaqı və ABŞ noyabr ayında Şotlandiyanın Qlazqo şəhərində keçiriləcək iqlim sammitində qlobal metan emissiyalarını azaltmaq üçün birgə təşəbbüslə çıxış edəcək.

Bu təşəbbüsün dəstəklənməsi qlobal metan emissiyalarının 2020-ci ilə nisbətən 2030-cu ilə qədər azı 30 % azaltmağa kömək edəcək.

Bu, eyni zamanda metan emissiyalarını ölçmək üçün mövcud olan ən yaxşı texnikalardan istifadədir. Qeyd olunur ki, bu cür öhdəliklərin yerinə yetirilməsi 2050-ci ilə qədər istiləşməni azı 0,2 dərəcə azaldacaq.

İstinadlar Report