Dövlət Departamenti rəsmi nümayəndəsinin müavini Robert Palladino bildirib ki, ABŞ uyğurların sıxışdırılmasına görə Çinə qarşı yeni sanksiyaların tətbiqini istisna etmir.

Onun sözlərinə görə, söhbət Sintszyan Uyğur muxtar rayonunda müsəlmanların hüquqlarının pozulmasından gedir.

Palladino əlavə edib ki, Birləşmiş Ştatlar bu qanun pozuntularına cavab olaraq sanksiyaların tətbiqini nəzərdə tutur.

İstinadlar Report