ABŞ prezidenti Cozef Bayden Ukraynaya növbəti hərbi yardım paketinin ayrılmasını təsdiqləyib.

Bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi jurnalistlər üçün onlayn brifinqdə bildirib.

Kirbi aydınlaşdırıb ki, 72-ci hərbi yardım paketinə hava hücumundan müdafiə sistemləri, PUA-lar, artilleriya və zirehli texnika daxil olacaq.

İstinadlar Report