ABŞ Ukraynaya Krıma daha effektiv zərbələr endirmək üçün yeni raketlər verəcək.

ABŞ Prezidenti Cozef Bayden administrasiyası bunun üçün çalışır:

“Keçən ilin sonlarında ABŞ Ukraynanı ATACMS raketləri ilə təmin etməyə başladı. Amma bunlar köhnə idi. ABŞ indi raketin yeni, daha uzunmənzilli versiyasını göndərməyə çalışır. Bu, Ukraynaya Rusiyanın nəzarətində olan Krım yarımadasından daha çox zərbə endirməyə imkan verəcək”.

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) isə bildirib ki, ölkənin məhdud sayda ATACMS raketi var: “ABŞ-nin ehtiyatını artırmaq üçün pul olmadan onları Ukraynaya göndərmək mümkün deyil”.

Eyni zamanda iki ABŞ rəsmisi bildirib ki, Konqres Ukrayna üçün maliyyələşdirmənin artırılmasını təsdiqləsə, ABŞ ilk hərbi yardım paketlərindən birinə uzunmənzilli ATACMS sistemlərini daxil edə bilər.

Rəsmilər ABŞ-nin müttəfiqlərindən Ukraynanı raketlərlə təmin etməyi və ATACMS təchizatını artırmağı istəyəcəyini istisna etməyib.

İstinadlar Report