ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Ukraynaya kömək üçün yeni komandanlıq yaradacaq.

Bunu “The New York Times” nəşri yazıb.

Bildirilib ki, ABŞ Müdafiə Departamenti müttəfiqlərinin Ukrayna ordusunu necə hazırladığını və təchiz etdiyini yenidən nəzərdən keçirmək qərarına gəlib.

ABŞ admiralları və generalları yeni komandanlığın yaradılması ideyası ilə razılaşıblar. Onlar hesab edirlər ki, bu, çox aktual və vacibdir. Çünki yeni sistem müttəfiqlərin və tərəfdaşların öz avadanlıqlarını təhvil vermək və Ukrayna hərbçilərinə təlim keçmək baxımından riayət edə biləcəkləri formal təhlükəsizlik strukturu yaradacaq.

Xatırladaq ki, sentyabrın 28-də ABŞ Senatı Ukraynaya təxminən 1,1 milyard dollar məbləğində yeni yardım paketini təsdiqləyib.

İstinadlar Report