Amerika Birəşmiş Ştatları (ABŞ) Prezident Cozef Bayden administrasiyası dövründə Ukraynaya yeni və son yardım paketini elan edib.

Bunu Pentaqon rəhbəri Lloyd Ostin bildirib.

L.Ostin Almaniyada bəyan edib ki, yardımın məbləği 500 milyon dollar təşkil edəcək. Yardım paketinə Ukraynanın hava hücumundan müdafiə vasitələri üçün əlavə raketlər, “hava-hava” sinifli raketlər, həmçinin F-16 qırıcıları üçün avadanlıq və artilleriya mərmiləri daxildir.

İstinadlar Report