
ABŞ dövlət katibi Antoni Blinken Ukraynaya 275 milyon dollar dəyərində silah və hərbi texnikanın yeni partiyasını təqdim etdiyini açıqlayıb.
Bu barədə ABŞ-nin baş diplomatının yazılı bəyanatında qeyd olunub.
Bildirilib ki, bu paketə, xüsusilə HIMARS reaktiv yaylım atəş sistemləri üçün döyüş sursatı, 155 mm və 105 mm-lik artilleriya mərmiləri, “Javelin” və AT-4 tank əleyhinə idarəolunan raket, tank əleyhinə minalar, kimyəvi, bioloji və radiasiyadan qorunma dəstləri daxilir.