Amerika Birləşmiş Ştatları (ABŞ) Ukraynaya 215 milyon dollar məbləğində yeni təcili ərzaq yardımı elan edib.

Bu barədə ABŞ dövlət katibi Antoni Blinken digər ölkələri Rusiyanın Ukraynaya təcavüzü səbəbindən böyüyən qlobal ərzaq böhranına tez kömək etməyə çağırarkən deyib.

“Bu gün böhranın aktuallığını nəzərə alaraq, daha 215 milyon dollarlıq yeni təcili ərzaq yardımı elan edirik və daha çox işlər görəcəyik. Konqresimizin tezliklə humanitar yardım və ərzaq təhlükəsizliyi üçün təxminən 5,5 milyard dollar əlavə maliyyə dəstəyini təsdiqləyəcəyini gözləyirik”, – o qeyd edib.

İstinadlar Report