ABŞ Ukraynanın yeni hücuma başlaya biləcəyinə ümid edir.

Bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisinin müavini Conatan Fayner “Aspen” Təhlükəsizlik Forumunda çıxışı zamanı deyib.

O bildirib ki, ABŞ və onun müttəfiqləri Ukraynanın yeni hücuma başlaya bilməsi Rusiya ilə əlverişli danışıqlar mühitinin təmin olunması üçün Kiyevə silah-sursata verməyə səy göstərir.

“Biz istərdik ki, ukraynalılar gələn ilin sonunda elə bir mövqedə olsunlar ki, Rusiya qərar versin: Ukrayna üçün məqbul şərtlərlə danışıqlar masasına oturun, ya da daha güclü Ukrayna ilə qarşılaşsın”, – C.Fayner söyləyib.

Onun sözlərinə görə, Ukrayna yeni hücuma keçə biləcək.

ABŞ Prezidentinin müavini bunu ABŞ və Avropa İttifaqının (Aİ) daha güclü sənayə bazası ilə əlaqələndirib: “Bu, Ukraynanın imkanlarını artıracaq. ABŞ Ukraynanın müdafiə sənayesinin inkişafı üzərində işləyir”.

Qeyd edək ki, Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi daha əvvəl ABŞ-nin Ukraynaya yardımın bir neçə həftəyə tükənəcəyi barədə xəbərdarlıq etmişdi.

İstinadlar Report