
ABŞ dövlət katibi Entoni Blinken və Ukraynanın xarici işlər naziri Dmitro Kuleba arasında telefon danışığı olub.
Bu barədə ABŞ Dövlət Departamaneti məlumt yayıb.
“Dövlət katibi prezident Baydenin ABŞ-ın Ukraynanın öz ərazisinə nəzarət etmək səylərini həmişə dəstəkləyəcəyi mesajını təkrarlayıb”-deyə, məlumatda vurğulsnıb.
Blinken bildirib ki, ABŞ Ukraynanın mövqelərini hərbi və diplomatik baxımdan gücləndirmək niyyətindədir. O, həmçinin Kulebaya təhlükəsizlik dəstəyi, o cümlədən əvvəllər elan edilmiş 1,1 milyard dollarlıq yardım paketi, eləcə də gələcək tədarüklər haqqında məlumat verib.