
ABŞ-nin vitse-prezidenti Cey Di Vens Ukraynada münaqişənin hazırkı qoşunların təmas xətti boyunca dondurulmasına çağırıb.
C.Vens ABŞ-nin Rusiya və Ukraynaya sülh sazişi ilə bağlı “dəqiq təkliflər” verdiyini bildirib.
“Fikrimcə, son addımlardan birinə keçməyin vaxtı çatıb – döyüşlərin dayandırıldığı, mövcud cəbhə xətlərinin dondurulmasının bəyan edildiyi mərhələyə keçmək lazımdır”, – o bildirib.