ABŞ administrasiyası Ukrayna münaqişəsinin sülh yolu ilə həlli üzrə öz planının hazırlanmasını bir neçə gün və ya həftə ərzində başa çatdıra bilər.

Bu barədə Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Amerika liderinin Ukrayna üzrə xüsusi elçisi Kit Kelloq bildirib.

“Bizə manevr üçün bir az məkan və vaxt verməlisiniz, lakin mən bundan (planın hazırlanmasından – red.) danışanda altı ayı deyil, günləri və həftələri nəzərdə tuturam”, – o qeyd edib.

Kelloq vurğulayıb ki, bu çox cəhətdən ABŞ Prezidenti Donald Trampın sərəncamlarından asılıdır.