
ABŞ Ukraynanın polad və polad məhsullarına tətbiq edilən gömrük rüsumlarını ləğv edib.
Bu barədə Ukrayna Baş nazirinin birinci müavini – iqtisadiyyat naziri Yuliya Sviridenko feysbukda bildirib.
“Söhbət Tramp administrasiyası tərəfindən 2018-ci ildə tətbiq edilən 25%-lik tariflərin dayandırılmasından gedir”, – Sviridenko qeyd edib.
Baş nazirin müavininin qeyd etdiyi kimi, bu məhdudiyyətlərin ləğvi ilə bağlı işlər bir neçə ildir ki, davam etdirilib.