ABŞ Ukraynaya silah tədarükünü və kəşfiyyat məlumatlarının mübadiləsini bərpa edir.

Bu barədə Səudiyyə Ərəbistanının Ciddə şəhərində Ukrayna-ABŞ danışıqlarının yekunlarına dair birgə bəyanatda bildirilib.

“ABŞ kəşfiyyat məlumatlarının mübadiləsində fasiləni dərhal aradan qaldırır və Ukraynaya təhlükəsizlik yardımını bərpa edir”, – bəyanatda qeyd olunub.

Mətndə, həmçinin vurğulanıb ki, Vaşinqton və Kiyev davamlı sülhün bərpası istiqamətində mühüm addımlar atıb. Bu kontekstdə hər iki ölkənin nümayəndələri dövlətini müdafiə edən Ukrayna xalqının cəsarətini yüksək qiymətləndiriblər və uzunmüddətli sülhün bərqərar olması prosesinə indi başlamağın vaxtı olduğu ilə razılaşıblar.

İstinadlar Report