ABŞ-ın BMT-dəki səfiri Rusiyaya qarşı hərbi tədbirlərin görülməsi üçün şərtləri açıqlayıb.

O, bildirib ki, ABŞ Ukrayna ətrafında eskalasiya olacağı təqdirdə Rusiyaya qarşı hərbi tədbirləri nəzərdən keçirir.

Daha əvvəl ABŞ Prezidenti Cozef Bayden Rusiyanı indiyə qədər görünməmiş sanksiyalarla hədələyib.

Bayden hesab edir ki, Putin seçim qarşısındadır: deeskalasiya, diplomatiya, yaxud qarşıdurma və nəticələr. Ağ Ev rəhbəri qeyd edib ki, Ukrayna ətrafında vəziyyət çətinləşsə, Rusiya dollar əməliyyatları apara bilməyəcək. Bayden Ukrayna ətrafında eskalasiya olacağı təqdirdə Rusiyaya “fəlakət” vəd edib. “Əgər onlar Ukraynanı istila etməyə davam etsələr, bu, Rusiya üçün fəlakət olacaq”, – Bayden deyib. Ağ Ev rəhbərinin sözlərinə görə, ruslar bunu etsələr, orta və uzunmüddətli perspektivdə bunun üçün böyük bədəl ödəməli olacaqlar.

ABŞ Prezidenti bununla yanaşı Rusiya lideri Vladimir Putinin Ukrayna ilə bağlı vəziyyətdə Qərbi sınaqdan keçirdiyini, lakin müharibə istəmədiyini deyib.

İstinadlar Report