Türkiyənin Rusiyadan “Su-35” və “Su-57” təyyarələri almaq planından ABŞ xəbərdardır.

Bu barədə ABŞ-ın müdafiə nazirinin siyasət məsələləri üzrə müavini Con Rood bildirib.

“Bununla bağlı xəbərləri izləyirəm. Əlbəttə, hazırlayıb bu ölkədə yerləşdirdiyimiz sistemlərimizlə fəxr edirik. Türkiyəli tərəfdaşlarımızı onları satın almağa çağırırıq… Lakin Türkiyə, təbii ki, suveren ölkədir, onlar qərarları özləri verirlər. Bununla belə, biz yenə də onlarla bu istiqamətdə əməkdaşlığa hazırıq”, – Pentaqon rəsmisi qeyd edib.

İstinadlar Report