Birləşmiş Ştatlar və Kanada tezliklə sərhədi açacaqlar, bu məsələ indi müzakirə edilir.

Bu barədə ABŞ prezidenti Donald Tramp Minnesota ştatına səfərdən əvvəl jurnalistlərə bildirib.

“Biz Kanada ilə sərhədin açılışı haqqında məsələni araşdırırıq. Kanada istərdi ki, sərhədi açsınlar”, – o deyib. “Biz kifayət qədər qısa müddətdə sərhədi açacağıq”, – prezident vurğulayıb.

Ağ Ev rəhbərinə sərhədin bu ilin sonuna kimi açılmasının mümkün olub-ola bilməcəyi barədə sual verilib. “Bu mümkündür, bəli. Biz Kanada ilə işləyirik. Biz yaxşı tarix seçmək istəyirik”, – Tramp cavab verib.

Kanadanın İctimai təhlükəsizlik və fövqəladə vəziyyətlərə hazırlığın təminatı üzrə naziri Uilyam Blerin bildirib ki, Kanada və ABŞ-ın hakimiyyəti 21 oktyabra qədər sərhədi açmamağa razılaşıb.

İstinadlar Report