ABŞ-ın Hərbi Hava Qüvvələrinə məxsus strateji bombardmançı “B-52” təyyarələri Yaxın Şərqin hava məkanında patrul funksiyasını yerinə yetirib.

Bu barədə məlumatı ABŞ Silahlı Qüvvələri Mərkəzi Komandanlığı yayıb.

“Strateji silahların qısa müddətli yerləşdirilməsi bölgədəki müdafiə qabiliyyətimizin vacib hissəsidir. Belə patrulun aparılması həm dostlara, həm də potensial düşmənlərə aydın və anlaşılan bir siqnaldır”-deyə, General Frenk Makkenzi bildirib.

İstinadlar Report