ABŞ administrasiyası amerikalı müğənni Teylor Sviftin Avstriyada verəcəyi konsertdə planlaşdırılan terror aktı təhlükəsinin qarşısını almaq üçün Vyanaya kəşfiyyat məlumatları təqdim edib.
Bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi brifinqdə bildirib.
“Biz təhdidləri izləmək və qarşısını almaq üçün tərəfdaşlarla sıx əməkdaşlıq edirik. Bu işin bir hissəsi kimi, Birləşmiş Ştatlar Avstriya ilə kəşfiyyat məlumatlarını paylaşıb”, – Ağ Ev sözçüsü deyib.
Avstriyanın daxili işlər naziri Gerhard Karnerin sözlərinə görə, Sviftin konsertinin terror aktı təhlükəsi ilə əlaqədar ləğv edilməsi faciənin qarşısını almağa kömək edib.