Amerikalı iş adamı İlon Maskın rəhbərlik etdiyi ABŞ Hökumətinin Səmərəliliyinin Artırılması İdarəsi (DOGE) ötən gün ölkənin Təhsil Nazirliyinin 881 milyon dollar məbləğində müqavilələri ləğv etdiyini bildirib.

Bu barədə DOGE-nin “X” sosial şəbəkəsindəki səhifəsində məlumat verilib.

“Bu gün Təhsil Nazirliyi 881 milyon dollar məbləğində 89 müqaviləni ləğv edib”, – məlumatda qeyd olunub.

Bildirilib ki, ABŞ hakimiyyəti podratçılardan birinə “poçt mərkəzində poçt və dəftərxana əməliyyatlarına nəzarət” üçün 1,5 milyon dollar ödəyib. Bundan əlavə, Maskın qurumu Təhsil Nazirliyinin müxtəliflik, bərabərlik və inklüzivlik (Diversity, Equality and Inclusion, DEI) siyasəti çərçivəsində həyata keçirilən 101 milyon dollar məbləğində 29 qrantın dayandırıldığını açıqlayıb.

“Politico” qəzetinin mənbələri qeyd edib ki, ABŞ Prezidenti Donald Trampın administrasiyası həmçinin Təhsil Nazirliyinin nəzdindəki Pedaqoji Elmlər İnstitutunun təxminən 170 müqaviləsinin icrasını dayandırır.

İstinadlar Report