
ABŞ hökuməti Suriyanın rəsmi şəxslərini və mövcud hakimiyyətinə müxtəlif sahələrdə dəstək olan 13 təşkilatı sanksiya siyahısına salıb.
Xarici Aktivlərə Nəzarət Ofisi (OFAC) tərəfindən məhdudlaşdırıcı tədbirlər tətbiq edilən bir neçə fərdi şəxs arasında ölkənin dörd kəşfiyyat qurumundan biri olan Suriya Baş Kəşfiyyat Direktorluğunun rəhbəri Hüsəm Məhəmməd Loka və Suriya Mərkəzi Bankının sədri Hazəm Yunis Kərful, habelə hakimiyyətlə geniş əlaqələri olan iş adamı Xodr Tahir bin Əli var.