ABŞ Müdafiə Nazirliyi yaxın aylarda Suriyadakı hərbi kontingentinin sayını mindən az hərbçiyə qədər azaltmaq niyyətində olduğunu təsdiqləyib.

Bu barədə Pentaqonun ictimai məsələlər üzrə köməkçisi Şon Parnel bildirib.

“Bu konsolidasiya İŞİD terror təşkilatının regional və qlobal səviyyədə əməliyyat imkanlarını azaltmaq üçün atdığımız mühüm addımları əks etdirir. Bu məqsədyönlü və şərti proses yaxın aylarda Suriyadakı Amerika hərbçilərinin sayının mindən az olması ilə nəticələnəcək “, – deyə o vurğulayıb.

İstinadlar Report