
ABŞ Sudandakı müharibədən zərər çəkmiş milyonlarla mülki şəxsə kömək etmək üçün əlavə 203 milyon dollar həcmində yardım göstərəcək.
Bu barədə ABŞ-ın Birləşmiş Millətlər Təşkilatındakı (BMT) səfiri Linda Tomas-Qrinfild (Linda Thomas-Greenfield) məlumat verib.
O qeyd edib ki, bu vəsaitin məqsədi Sudan ordusu ilə hərbiləşdirilmiş (paramilitary) Çevik Dəstək Qüvvələri (RSF) arasında 2023-cü ilin aprelində başlayan müharibədən sonra Sudandakı mülki şəxslərə və qonşu ölkələrə qaçanlara kömək etməkdir.