
ABŞ “MiQ-29” qırıcılarının Ukraynaya təhvil verilməsinə görə kompensasiya olaraq Slovakiyaya 12 yeni “Bell AH-1Z Viper” döyüş helikopteri, həmçinin 500-dən çox “AGM-114 Hellfire” raketi təklif edib.
Bunu Slovakiyanın müdafiə naziri Yaroslav Nad bildirib.
Onun sözlərinə görə, ABŞ bu təyyarələrə xidmət göstərəcək pilotlar və kadrlar hazırlamağa da hazırdır.