ABŞ-ın cənub sərhədində nəzarət tədbirlərini gücləndirən qanun layihəsi yenidən Konqres Senatında səsvermədən keçə bilməyib.

Səsvermə “C-SPAN” tərəfindən yayımlanıb.

Konqresin yuxarı palatasının 43 üzvü hər iki partiyanın nümayəndələri tərəfindən hazırlanmış qanun layihəsinin lehinə, 50-si isə əleyhinə çıxış edib.

Sənədin təsdiqlənməsi üçün ən azı 60 senatorun dəstəyi lazım idi. Qanun layihəsi sərhəddə qaçqınların sayının artacağı təqdirdə miqrantlara sığınacaq vermək imkanını məhdudlaşdırmaq üçün Ağ Evə vəsait ayıracaq.

İstinadlar Report