ABŞ-da bir qrup senatoru səudiyyəli müxalif jurnalist, “Vaşinqton post” qəzetinin əməkdaşı Camal Qaşıqçının öldürülüməsinə görə məsuliyyətin Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin-Salmanın daşıması haqqında qanun layihəsi hazırlayıblar.

Senatorlar layihəni Senata təqdim ediblər.

Respublikaçılar Partiyasından olan senatorlar Lindsi Qrem, Marko Rubio və Todd Yanq, Demoktarlar Partiyasından Dayann Feyinsteyn, Ed Marke və Kristofor Kun bildiriblər ki, vəlihd şahzadə Məhəmməd bin-Salman Camal Qaşıqçının öldürülməsi cinayətinə ortaqdır: “Yaranmış vəziyyət bu iyrənc planın gerçəkləşdirilməsinin başında vəliəhdin durduğunu təsdiqləyir”.

Senator L.Qrem ABŞ-da yaşamaq icazəsi olan C.Qaşıqçının 3 övladının ABŞ vətəndaşları olduğuna diqqəti çəkərək, layhəyə yazılı münasibətində bildirib: “ABŞ-ın vəhşi Qaşıqçı cinayəti haqqında qəti bir açıqlama verməsi milli təhlükəsizlik maraqları baxımında çox böyük əhəmiyyət daşıdığına inanıram”.

Qeyd edək ki,dekabrın 4-də ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktou Cina Hasperin C.Qaşıqçı cinayəti ilə bağlı bəzi senatorlarla qapalı yığıncaq keçirib.

Oxumağa dəyər:   Çavuşoğlu Azərbaycana səfərə gəlir

Xatırladaq ki, oktyabrın 2-də “Vaşinqton post” qəzetinin əməkdaşı C.Qaşıqçı Səudiyyə Ərəbistanı Krallığının İstanbuldakı Baş Konsulluğunda öldürülüb. Onun qətlinin Krallıqda planlaşdırıldığı bildirilib.

İstinadlar Report