ABŞ Senatı Rusiyanı terrorçuluğun sponsoru kimi tanıyan qətnaməni qeydə alıb.

Qeyd edilir ki, demokrat Riçard Blumental və respublikaçı Lindsi Qrem ABŞ Senatında Rusiyanı terrorizmin sponsoru dövlət kimi tanıyan qətnamə təqdim ediblər.

Qətnamənin təşəbbüskarları sənəddə Vladimir Putinin hakimiyyəti dövründə Rusiya hökumətinin hərəkətlərini terror aktları adlandırıblar və ABŞ dövlət katibini Rusiyanı terrora sponsorluq edən dövlət kimi tanımağa çağırıblar. Rusiya bu siyahıda beşinci ölkə ola bilər.

“Bu tanınma Amerika qanunvericiliyində vacib olacaq. Belə tanınma hüququna malik cəmi dörd ölkə var: Kuba, Suriya, İran və Şimali Koreya. Rusiyanı bu siyahıya daxil etməyə çalışırıq ki, beşinci olsun. Bunlar totalitar rejimlərdir və yaxşı deyil”, – senator Qrem bildirib.

Onun həmkarı Blumental hesab edir ki, Rusiya Federasiyasının 2014-cü ildə Ukraynanın işğalına hazırlaşması terrora dəstək aktı idi. Rusiya hakimiyyəti Ukraynada şərikləri və muzdluları, habelə etibarlı şəxsləri vasitəsilə maliyyə cəhətdən saxlayıb. Onun sözlərinə görə, Rusiya “illərlə terrora sponsorluq edib” və indi öz əməllərinə görə cavab verməlidir.

İstinadlar Report