ABŞ Senatı (Konqresin yuxarı palatası) respublikaçı Marko Rubionun dövlət katibi vəzifəsinə namizədliyini təsdiqləyib.

Bu barədə “NBC News” teleşirkəti məlumat yayıb.

O, Palata tərəfindən təsdiqlənən yeni administrasiyanın Nazirlər Kabinetinin ilk yüksək vəzifəli məmurudur.

Qərar 99 senator tərəfindən dəstəklənib və heç kim əleyhinə çıxış etməyib. Rubio da özünə səs verib.

Beləliklə, Floridadan olan 53 yaşlı senator ABŞ Dövlət Departamentinə rəhbərlik edən ilk latın amerikalı olub. Nümayəndələr Palatasının son dinləmələrində o, Prezident Donald Trampın ölkənin milli maraqlarının qorunmasına yönəlmiş siyasətinə ciddi əməl edəcəyini bildirib.

İstinadlar Report