
ABŞ-nin Səhiyyə Nazirliyi ölkə rəhbərliyinin elan etdiyi kütləvi ixtisarlar fonunda əməkdaşlarına işdən çıxmağı təklif edib.
Bu barədə CBS telekanalı mənbələrinə istinadən məlumat yayıb.
“ABŞ-nin Səhiyyə Nazirliyi əməkdaşlarını 25 min dollar mükafat ödənilməsi müqabilində könüllü istefa vermə təklifi barədə məlumatlandırıb”, – reportajda deyilir.
Kanalın məlumatına görə, bu təşəbbüs ABŞ Prezidenti Donald Tramp administrasiyası tərəfindən həyata keçirilən dövlət qulluqçularının sayını kütləvi şəkildə ixtisar etmək kampaniyasının bir hissəsidir.
Bütün əməkdaşlara könüllü işdən çıxma barədə göndərilən email-təklif martın 14-dək etibarlıdır. Nazirlikdə ümumilikdə 80 mindən çox işçi çalışır.