ABŞ-ın Tunisdəki səfirliyinin binası yaxınlığında törədilən partlayış nəticəsində 5 nəfər xəsarət alıb.

Məlumatı TASS yayıb.

Bildirilib ki, səfirliyin binasına motorollerlə gələn terrorçu-kamikadze polis əməkdaşlarının yaxınlığında partlayıcı qurğunu işə salıb. Nəticədə 5 nəfər yaralanıb. Xəsarət alanların hamısı polis əməkdaşlarıdır.

Partlayış baş verən ərazidə ABŞ-ın səfirliyi də daxil olmaqla bir neçə dövlətin diplomatik nümayəndəliyi yerləşir.

İstinadlar Report