
Amerika Birləşmiş Ştatları Cənubi Qafqaz regionunda hər kəsin, o cümlədən Ermənistanı tərk etmiş azərbaycanlıların hüquqlarına riayət olunmasını dəstəkləyir.
Bu “Report” səfirlikdə ABŞ tərəfinin 30 il əvvəl qovulduğu Ermənistana qayıtmaq istəyən azərbaycanlılara dəstək verməyə hazır olub-olmaması ilə bağlı sualı cavablandırarkən bildirilib.
“Amerika Birləşmiş Ştatları, etnik mənsubiyyətindən və ölkəsindən asılı olmayaraq, hər kəsin hüquqlarına hörmət edildiyi bir bölgədə ədalətli və layiqli bir sülh üçün şəraitin yaradılmasını dəstəkləyir”, – diplomatik missiyadan bildirilib.
Bundan əlavə, səfirlikdə qeyd edilib ki, davamlı sülhə aparan yeganə yol danışıqlar masasına oturmaqdır.