ABŞ regionda öz müttəfiqlərini müəyyənləşdirməli, Türkiyə ilə PYD və YPG terrorçuları arasında seçim etməlidir

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan edib.

Nazir qeyd edib ki, Birləşmiş Ştatlar PYD və YPG-nin Türkiyənin təhlükəsizliyinə real təhdid daşıyan PKK-nın Suriya qanadı olan terror təşkilatları olduğunu anlamalıdır:

“PKK ABŞ-da olduğu kimi, Avropa İttifaqı ölkələrində də terror təşkilatı kimi tanınıb. Birləşmiş Ştatlar bunu nəzərə almalıdır”.

Xatırladaq ki, bundan əvvəl sabiq Baş nazir Binəli Yıldırım Türkiyə və ABŞ-ın PYD və YPG bölmələrinin 90 gün ərzində Suriyanın Mənbic şəhərindən çıxmasını nəzərdə tutan saziş imzaladığını bildirmişdi.

İstinadlar Trend