ABŞ Prezidenti Donald Tramp administrasiyası, Səudiyyə Ərəbistanının “Saudi Aramco” neft emalı zavodlarına edilən hücuma cavab olaraq İranın neft obyektlərinə və ya İslam İnqilabı Keşikçiləri Korpusunun (IRIS) obyektlərinə kiberhücum etməyi, yaxud zərbə endirməyi nəzərdən keçirir.

Bildirilir ki, ABŞ-ın hərbi məmurları sentyabrın 16-da milli təhlükəsizlik mövzusunda keçirilən görüşdə Trampa İrandan qisas almaq üçün müxtəlif variantlar təklif ediblər. Ancaq mənbələrə görə, ABŞ prezidenti ölkəni İranla hərbi qarşıdurmaya sürükləmək istəmədiyi üçün başqa təkliflər tələb edib.

“NBC News”nin həmsöhbətlərindən biri, zərbəni neft obyektləri hücuma məruz qalan Səudiyyə Ərəbistanı özü endirə bilər, Vaşinqton isə müttəfiqinə kəşfiyyat işində kömək edəcər, lakin birbaşa olaraq döyüşlərdə iştirak etməyəcək.

İstinadlar Report