ABŞ-ın Oklahoma əyalətində hüquq-mühafizə orqanlarının əməkdaşları dəhşətli cinayət hadisələrinin üstünü açıb.

Cəzasının yüngülləşdirilməsi nəticəsində həbsxanadan azadlığa çıxan 41 yaşlı Lourens Pol Anderson üç nəfərin qətlində şübhəli bilinərək yenidən saxlanılıb.

Anderson qurbanlardan birini qətlə yetirib və onun ürəyini çıxarıb. Daha sonra ürəyi bişirib əmisi və xalasına yedizdirməyə çalışıb.

“KIRO7” nəşrinə görə, Anderson ailəsini cinlərdən xilas etmək üçün kartoflu ürək hazırladığını söyləyib. Bundan sonra qatil əmisini və onun dörd yaşlı qızını qətlə yetirib.

Qeyd edək ki, Lourens Pol Anderson 2017-ci ildə şərti cəzanın tələblərini pozduğu üçün 20 il müddətinə həbs edilib. Lakin 2021-ci ilin yanvarında həbsdən sərbəst buraxılıb

İstinadlar Report