ABŞ Rusiyaya qarşı yeni sanksiyalar qanun layihəsini təqdim edib.

Bu təşəbbüslə ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri Robert Menendes çıxış edib.

Sanksiya layihəsində Rusiyanın ilkin və ikinci dərəcəli dövlət borcu ilə əməliyyatlarının qadağan edilməsi nəzərdə tutulur.

ABŞ senatorları Rusiyanın bank sektoruna, yüksək rütbəli hərbçilərə və dövlət məmurlarına qarşı sanksiyalar tətbiq etməyi təklif edirlər. Onlar, həmçinin Ukraynada münaqişənin gərginləşəcəyi təqdirdə Rusiya Prezidenti Vladimir Putinə, Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyi və Baş Qərargah rəisinə qarşı sanksiyalar tətbiq etməyi təklif ediblər.

İstinadlar Report