ABŞ Rusiyaya qarşı sanksiyalarını genişləndirib

ABŞ hökuməti Rusiyaya dair sanksiya siyahısını genişləndirib.

Bu barədə ABŞ-ın Ticarət Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Rusiyanın Tula şəhərindəki hərbi konstruktor bürosu, Qatçina şəhərindəki hərbi təlim mərkəzi, Moskva şəhərindəki “Avanqard” hərbi müəssisəsi sanksiya siyahısına salınıb.

İstinadlar Report

ABŞ Rusiyaya qarşı sanksiyalarını genişləndirib

ABŞ-ın Maliyyə Nazirliyi Ukrayna böhranı ilə bağlı Rusiyaya qarşı tətbiq etdikləri sanksiyaları genişləndirib.

Sanksiya siyahısına Rusiyanın Sərhəd Xidmətinin rəis müavini, Federal Təhlükəsizlik Xidmətinin (FTX) Krımda və Sevastopolda sərhəd idarəsinin rəisi və rəis müavini, habelə FTX-nin Krım və Sevastopoldakı idarəetmə məntəqəsinin rəisinin adları daxil edilib.

Bununla yanaşı, 8 müəssisənin də adı “qara siyahı”ya salınıb.

İstinadlar Report