ABŞ və onun tərəfdaşları Ukraynadakı müharibə kontekstində Rusiya ilə qarşılıqlı fəaliyyətlə bağlı İrana qarşı ciddi tədbirlər görməyə hazırdır.

Bunu Dövlət Departamentinin mətbuat xidmətinin rəhbərinin müavini Vedant Patel jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə Tehranın Moskvanı daha qısa mənzilli ballistik raketlərlə təchiz etməsi ilə bağlı xəbərləri şərh edərkən söyləyib.

Bununla belə, o, Amerika administrasiyasının qənaətinə görə, bu cür silahların ötürülməsinin baş verdiyini təsdiqləməyib.

İstinadlar Report