ABŞ senatorları Dövlət Departamentindən “Vaqner” özəl hərbi şirkətini (ÖHŞ) xarici terror təşkilatı kimi tanımasını tələb edən qanun layihəsi təqdim ediblər.

Bu barədə senator Rocer Vikerin rəsmi saytında məlumat verilib.

Bildirilib ki, Nümayəndələr Palatasında da analoji təşəbbüsə baxılacaq.

Qeyd olunub ki, demokratlar Stiven Koen və Mark Veasi, respublikaçılar Co Vilson və Riçard Hadson təklifi dəstəkləyən təşəbbüsü Nümayəndələr Palatasına təqdim edəcəklər.

İstinadlar Report