ABŞ prezident seçkilərində güman edilən müdaxilələrə və kiberhücumlara görə Rusiyanın 12 vətəndaşına və 20 təşkilatına sanksiya tətbiq edəcək.

Bu barədə “Bloomberg” bildirib.

Qeyd edilir ki, Birləşmiş Ştatlar onda olan şübhələrlə əlaqədar Rusiya ilə bağlı yeni sanksiyalar tətbiq etmək niyyətindədir. ABŞ-da hesab edirlər ki, “SolarWinds” şirkətinin proqram təminatının sıradan çıxarılmasının arxasında Rusiya dayanır, bu ölkə həmçinin ABŞ-da prezident seçkilərinə müdaxilə edib.