ABŞ hakimiyyəti Ukraynanın bir sıra regionlarının Rusiyaya daxil olmasını tanımayacaq və hadisələrin bu cür inkişafı halında rəsmi Moskvaya qarşı əlavə sanksiyalar tətbiq etməklə operativ cavab verəcək.

Bunu xarici jurnalistlər üçün keçirdiyi brifinqdə Vaşinqton administrasiyasının yüksək rütbəli nümayəndəsi bildirib.

Onun sözlərinə görə, ABŞ işğal olunan ərazilərini qaytarmaq və əlində saxlamaq üçün Ukraynaya hərbi yardımı davam etdirəcək.

İstinadlar Report