ABŞ Dövlət Departamenti cümə günü Rumıniyaya 7,2 milyard dollar dəyərində beşinci nəsil F-35 qırıcı təyyarələrinin və avadanlıqlarının satışını təsdiqləyib.

Bu barədə Pentaqonun mətbuat xidməti məlumat yayıb.

“Dövlət Departamenti Rumıniya hökumətinə 7,2 milyard dollar məbləğində F-35 təyyarələri və müvafiq avadanlıqların mümkün xarici hərbi satışını təsdiqləmək qərarına gəlib”, – məlumatda deyilir.

İstinadlar Report